Respublika Şahmat Mərkəzində qadınlar arasında Azərbaycan çempionatı start götürüb. Siasport.az saytının məlumatına görə, 12 qadın şahmatçının mübarizə apardığı çempionat dairəvi sistemlə keçirilir və 11 turdan ibarətdir. Çempionatın ümumi mükafat fondu 2000 manatdır.
Artıq ölkə çempionatının ilk turunun görüşləri baş tutub. Xəyalə Abdulla, Nərmin Xələfova, Nərmin Kazımova, Nərmin və Səhər Hüseynovalar ilk turu qələbə ilə başa vurublar. Zeynəb və Türkan Məmmədyarova bacıları, Aytən Əmrayeva və Günay Məmmədzadə isə birinci turda heç-heçə oynayıblar.
Qeyd edək ki, yekunda ilk üç yeri tutacaq şahmatçılar Gənclər və İdman Nazirliyinin diplomları və Azərbaycan Şahmat Federasiyasının medalları ilə təltif olunacaq, 2014-cü ilin Avropa çempionatına vəsiqə əldə edəcəklər.
Çempionat martın 15-də başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB