İsgəndər Cavadov: "Çoxu səviyyəsizdir"

İsgəndər Cavadov: "Çoxu səviyyəsizdir"

"Mümkün olduğu qədər bütün oyunları izləyirəm. Komandalara eyni gözlə baxıram. Amma məni tanıdan, məşhurlaşdıran "Neftçi" klubudur. Hesab edirəm ki, Premyer Liqada normal mübarizə gedir. Kim layiqdirsə, o da qalib olsun". Siasport.az saytının məlumatına görə, bu sözləri Futbol11.az saytına açıqlamasında Azərbaycan futbolunun canlı əfsanəsi İsgəndər Cavadov deyib.

İ.Cavadov bildirib ki, Azərbaycanda daha çox yerli futbolçuların çıxış etməsi vacibdir: "Yerli futbolçular oynamalıdır ki, millidə rəqabət olsun. Azərbaycana gələn yaxşı legionerlər var, amma azdır. Çoxu səviyyəsizdir. Öz oyunları ilə kömək edə bilmirlər".

Qeyd edək ki, İ.Cavadov AFFA İcraiyyə Komitəsinin üzvüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə