Dünən Tovuz rayonunda Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar məktəbli gənclərin yürüşü kecirilib. Siasport.az saytının məlumatına görə, yuxarı sinif şagirdlərindən ibarət 120 gənc əvvəlcə rayon icra hakimiyyətinin qarşısında ümummilli lider Heydər Əliyevin büstünün önünə çiçək dəstləri qoyub. Sonra yarışa start verilib. Gənclər 4 km-ə yaxın məsafəni qət ediblər. Üç gənc rayon icra hakimiyyətinin fəxri diplomu və müxtılif hədiyyələrlə təltif olunub.
Tovuz rayon Gənclər və İdman İdarəsinin rəisi bu kimi yarışların artıq ənənə halını aldığını qeyd edib.
Axşam saatlarında isə Tovuz Olimpiya İdman Kompleksində fəal gənclər mükafatlandırılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB