Milli komandamız “İpək Yolu” yarışında liderlərsiz mübarizə aparcaq

Milli komandamız “İpək Yolu” yarışında liderlərsiz mübarizə aparcaq

Bu gün Şağan Olimpiya İdman Kompleksində boks üzrə "Böyük İpək Yolu" ənənəvi beynəlxalq turnirinə start veriləcək. Siasport.az saytının məlumatına görə, yarışda Azərbaycan idmançıları ilə yanaşı, Qazaxıstan, Gürcüstan, Ukrayna, Rusiya, Litva, Qırğızıstan, Türkmənistan, İran və Qatar komandaları iştirak edəcək. Martın 9-dək davam edəcək turnirdə milli komandamızın bir çox aparıcı boksçuları müxtəlif səbəblərdən iştirak etməyəcəklər. Ancaq Tural Əhmədov (56 kq), Nəsrəddin Məmmədov (60 kq) Lorenzo Sotomayor (64 kq), Tamerlan Abdullayev (69 kq) kimi müxtəlif turnirlərin qalib və mükafatçılarının rinqə çıxması gözlənilir.

Qeyd edək ki, milli komandamız bu yarışa qədər Qəbələ və Lənkəranda təlim-məşq toplanışı keçib. Lənkəran toplanışında Qazaxıstan və Gürcüstan boksçuları da yığmamızla birgə məşq ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə