İtaliyanın paytaxtı Roma şəhərində FİLA (Beynəlxalq Güləş Federasiyası) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Siasport.az saytının məlumatına görə, Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev iclasda iştirak edib.
İclasda qarşıdan gələn mötəbər yarışlara - Dünya Kuboku yarışlarına, Avropa və Dünya çempionatlarına hazırlıq, güləş qaydalarındakı son dəyişikliklər, güləşin populyarlığının daha da artırılması, əhatə dairəsinin genişləndirilməsi və s. məsələlər müzakirə edilib.
Məlumat üçün bildirək ki, AGF-nin I vitse-prezidenti Namiq Əliyev 2010-cu ildən FİLA İcraiyyə Komitəsinin üzvüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB