Berti Foqts: "Heyətə dəvət olunmayan futbolçuların bu oyunda heç birinin yeri görünmədi"

Berti Foqts: "Heyətə dəvət olunmayan futbolçuların bu oyunda heç birinin yeri görünmədi"

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş Azərbaycan - Filippin oyunu ilə bağlı millimizin baş məşqçisi Berti Foqts fikirlərini bildirib. Siasport.az saytının məlumatına görə, o, yığmamızın səhvlərə yol verdiyini qeyd edib: "Yersiz səhvlərə yol verirdik. Müdafiədə də səhvlər var idi. Şadam ki, ilk yoldaşlıq oyununda qələbə qazandıq. Amma oyundan tam razı qalmadım. Bundan sonra mayda iki, avqustda bir yoxlama oyunu keçirəcəyik.

Ruslan Abışov nəyə görə əvəzləndiyini bilir. Özü də oyunundan razı deyildi. Onu bağışlamaq olar.

Heyətdə yeni futbolçular var idi. Bu gün 3 futbolçu millidə debüt etdi. Seçmə mərhələnin oyunlarında dəyişikliklər ediləcək. Bədavi Hüseynovu dayaq yarımmüdafiəçisi mövqeyində oynatmaq istəyirəm. Heyətə dəvət olunmayan futbolçuların bu oyunda heç birinin yeri görünmədi".

Bütün xəbərlər Facebook səhifəmizdə