Milli komandamız yeni ildə ilk qələbəsini qazandı

Milli komandamız yeni ildə ilk qələbəsini qazandı

Dünən axşam futbol üzrə Azərbaycan milli komandası 2014-cü ildə ilk oyununa çıxıb. Siasport.az saytı xəbər verir ki, Berti Foqtsun yetirmələri Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki təlim-məşq toplanışı çərçivəsində Filippin yığması ilə qarşılaşıb. Yığmamız Fillippinlə heç vaxt üz-üzə gəlməmişdi. Ancaq komandaların reytinqini nəzərə alanda millimiz matçın favoriti hesab olunurdu. Sözügedən oyunda yığmamız minimal hesabla qələbə qazanıb - 1:0.

5 mart

Yoldaşlıq oyunu

19:00. Azərbaycan - Filippin - 1:0
Qol:
Elvin Yuniszadə, 26 (1:0)
Baş hakim: Fahad Abdalla Ahmad Alkassar Banihammad

Bütün xəbərlər Facebook səhifəmizdə