"Qarabağ" klubu dünyada 110-cudur

"Qarabağ" klubu dünyada 110-cudur

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının reytinq cədvəlini açıqlayıb. Siasport.az saytının məlumatına görə, qurum 2013-cü il martın 1-dən 2014-cü il fevralın 28-dək olan dövr üçün planetin 200 ən yaxşılarını müəyyənləşdirib.

İFFHS-in cədvəlində Azərbaycanı yenə yalnız "Qarabağ" klubu təmsil edir. Ötən ay dünyanın 113-cüsü olan komanda hazırda 123,50 xalla 110-cu pillədə qərarlaşıb. Hesabını 4 xal artırıb 3 addım irəliləyən "Qarabağ" klubu Malinin "Stad Malien de Bamako" klubu ilə eyni pilləni paylaşır.

Son bir ayda 10 klubu arxada qoyan "Qarabağ" "Əl-Əhli" (Misir), "Ponte Preta", "Fluminense" (hər ikisi Braziliya), "Nasyonal" (Uruqvay), "Deportivo", "Tolima" (hər ikisi Kolumbiya), "Sent Etyenn" (Fransa), "Buriram" (Tailand), "Kaşiva Reysol" (Yaponiya), "Real"ı (Peru) keçib.

Siyahının ilk 2 pilləsində dəyişiklik baş verməyib. Zirvədə yenə "Bavariya" qərarlaşıb. Almaniya klubunun 370 xalı var. İspaniya "Real"ı 301 xalla 2-cidir. "Barselona" isə 267 xalla 3-cü yerdə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə