“Atletiko"nun prezidenti: "Bu işi dünyada sülhün təbliğatçısı saymaq olar"

“Atletiko"nun prezidenti: "Bu işi dünyada sülhün təbliğatçısı saymaq olar"

"Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədovun Azərbaycanın dünyada tanıdılması işinə verdiyi töfhə tədricən öz bəhrəsini verməkdədir. Hazırda H.Məmmədovun himayədarlığı ilə Madrid "Atletiko"su və "Lans" öz oyunlarına üzərində "Land of Fire Azerbaijan" (Odlar Yurdu Azərbaycan) ifadəsi yazılmış formalarla çıxır. Bu səmərəli əməkdaşlığın nəticəsi olaraq, İspaniyada Madrid "Atletiko"sunun prezidenti Enriko Serezo və "Bakı" klubunun prezidenti Hafiz Məmmədov arasında növbəti görüş keçirilib. Görüş zamanı E.Serezo futboldakı işbirliyinə toxunaraq fikirlərini bölüşüb: "Bu işi dünyada sülhün təbliğatçısı saymaq olar. "Land of Fire Azerbaijan" ideyası əməkdaşlığımızın gözəl nümunəsidir. Cəmi bir il ərzində biz Azərbaycanı dünyada layiqli şəkildə tanıtdırmağa çalışmışıq. Bu işlərin məntiqi nəticəsi olaraq Azərbaycan - İspaniya ticarət palatası da təsis olunub.

Bugünlərdə Azərbaycan xalqı 22 il əvvəl törədilmiş Xocalı faciəsini anaraq, vəhşiliklə qətlə yetrilən vətəndaşlarının ruhunu anır. Mən də öz növbəmdə bu hadisələri pisləyir, H.Məmmədovun simasında xalqınıza başsağlığı verirəm. Azərbaycanın bundan sonra belə faciələrdən uzaq olmasını diləyirəm".

Görüşün sonunda Enriko Serezo H.Məmmədova hədiyyələrini təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə