Nazir: "Onların köməyinə inanıram"

Nazir: "Onların köməyinə inanıram"

Şahmat üzrə İddiaçılar Turnirində mübarizə aparacaq Şəhriyar Məmmədyarova kömək edəcək zəka sahibləri bəlli olub. Siasport.az saytının məlumatına görə, bununla bağlı gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlama verib. Onun sözlərinə görə, Rusiyanın Xantı-Mansiysk şəhərində keçiriləcək yarışda şahmatçımıza komanda yoldaşları Rauf Məmmədov və Qədir Hüseynov kömək edəcək. Nazir Ş.Məmmədyarovun bu qərarına sevindiyini qeyd edib: "Bu onu göstərir ki, onlar dostdurlar və komanda bir ürək kimi döyünür. Onların köməyinə inanıram".

Qeyd edək ki, martın 13-də 8 şahmatçının iştirakı ilə başlayacaq yarış həmin ayın 28-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə