Bakı küçələrində Formula-1 yarışlarının keçirilməsi planlaşdırılır

Bakı küçələrində Formula-1 yarışlarının keçirilməsi planlaşdırılır

Formula-1 üzrə Dünya Qran-Prisinin mərhələ yarışlarından biri Bakıda keçirilə bilər. Siasport.az saytının məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlama verib. O, yarım ildən artıqdır ki, danışıqlar aparıldığını və bu danışıqların son mərhələdə olduğunu qeyd edib. 2016-cı il üçün nəzərdə tutulan mərhələnin Bakıda keçirilməsi barədə müvafiq sənədlər imzalandıqdan sonra elan veriləcəyini qeyd edən nazir yarışın Bakı küçələrində keçirilməsinin planlaşdırıldığını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə