Flavinyo: "Sevinirəm ki, “Neftçi” kimi bir komandanın tarixinə düşmüşəm"

Flavinyo: "Sevinirəm ki, “Neftçi” kimi bir komandanın tarixinə düşmüşəm"

"Neftçi" PFK-nın futbolçusu Flavinyonun komandanın heyətində keçirdiyi oyunların sayı 100-ə çatıb. Bu nəticə ilə braziliyalı yarımmüdafiəçi "Neftçi"də 100 matç keçirən ilk legioner kimi tarixə düşüb. Daha iki oyunda meydana çıxcağı təqdirdə Flavinyo Azərbaycan çempionatları tarixində bir komandanın heyətində ən çox oyun keçirmiş legioner kimi rekorda imza atacaq. Futbolçu bununla bağlı fikirlərini bildirib: "Belə bir rekordun sahibi olmaq əlbəttə ki, çox xoşdur. Sevinirəm ki, "Neftçi" kimi bir komandanın tarixinə düşmüşəm. "Neftçi"də 4-cü mövsümdür ki, çıxış edirəm və bu vaxta kimi 3 çempionluq, 1 dəfə ölkə kubokunu və ən əsası Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmışıq. Bu uğurlarda pay sahibi olmaq qürurvericidir. İnanıram ki, bu nailiyyətlərin davamı gələcək".

Bütün xəbərlər Facebook səhifəmizdə