İdman ictimaiyyətinin nümayəndələri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər FOTOSESSİYA

İdman ictimaiyyətinin nümayəndələri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər FOTOSESSİYA

Bu gün 5 mart - Bətən Tərbiyəsi və İdman Günüdür. Siasport.az saytının məlumatına görə, bununla əlaqədar olaraq gənclər və idman naziri Azad Rəhimov və idman ictimaiyyətinin nümayəndələri Fərxi Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil qoyublar.

Daha sonra görkəmli oftalmoloq alim Zərifə Əliyevanın məzarı ziyarət olunub, xatirəsi dərin ehtiramla yad edilib.

A.Rəhimov bütün idmançıları və idman ictimaiyyətinin nümayəndələrini təbrik edərək, bayramın tarixindən danışıb, keçiriləcək silsilə tədbirlər haqqında məlumat verib. O, ulu öndər Heydər Əliyevin 1995-ci ildə ilk dəfə olaraq idmançıları toplayaraq orden və medalları təqdim etdiyini və 2005-ci ildə Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin bu günün Bətən Tərbiyəsi və İdman Günü kimi qeyd olunması haqqında sərəncam imzaladığını qeyd edib. Nazir idman ictimaiyyəti ilə görüş keçirildiyini, veloyürüşlər, müxtəlif idman komplekslərində tədbirlər təşkil ediləcəyini bildirib.

2015-ci ildə ilk dəfə Azərbaycanda keçiriləcək Avropa Oyunlarına hazırlıqla bağlı danışan A.Rəhimov işlərin vaxtında və yüksək səviyyədə aparıldığını deyib.

Nazir və idman ictimaiyyətinin nümayəndələri Şəhidlər Xiyabanında Vətən uğrunda canından keçən şəhidlərimizi də ziyarət edərək, məzarları önünə çiçək dəstələri düzüblər.

Bətən Tərbiyəsi və İdman Günü münasibəti ilə veloyüşürüş təşkil olunub. Veloyürüş Şəhidlər Xiyabanın önündən Hüseyn Cavid bağına qədər davam edib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il martın 4-də imzaladığı sərəncəmla hər il 5 mart ölkəmizdə "Bədən Tərbiyəsi və İdman Günü" kimi qeyd olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə