"Xəzər Lənkəran" “Rəvan”la matçın hazırlığını davam etdirir

"Xəzər Lənkəran" “Rəvan”la matçın hazırlığını davam etdirir

Artıq iki gündür ki, paytaxtda məskunlaşan "Xəzər Lənkəran" "Rəvan" klubu ilə qarşılaşmanın hazırlığına start verib. Siasport.az saytının məlumatına görə, komanda respublika stadionunun süni örtüklü meydançasında gündə bir dəfə olmaqla məşqlərini davam etdirir.

Bir müddətdir ki, zədədən əziyyət çəkən Rasim Ramaldanov, Rahid Əmirquliyev, Etame Mbilla və Adrian Skarlatake komandaya qoşularaq fərdi məşqlərlə kifayətləniblər. Braziliyalı yarımmüdafiəçi Deyvid Sakkoni zədə ucbatından hələlik hazırlıqdan kənarda qalıb. O cümlədən milli komandaların toplanışı ilə əlaqədar Elnur Cəfərov (U-19), Ağabala Ramazanov (U-21) və Dejan Blajevski (Makedoniya millisi) "Xəzər Lənkəran"dan ayrı düşüblər.

Bakıda hazırlığını davam etdirən komanda mart ayının 7-də qarşılaşmanın keçiriləcəyi "Bayıl Arena"da oyun öncəsi son məşqinə çıxıb, matç saatını gözləyəcək.

Xatırladaq ki, Topaz Premyer Liqasının XXV turunun "Rəvan" - "Xəzər Lənkəran" görüşü mart ayının 8-də, saat 15:00-da start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə