Futzal üzrə UEFA Kuboku yarışlarının "Dördlər finalı"na hazırlığını davam etdirən Naxçıvanın "Araz" komandası heyətinə yeni oyunçu cəlb edib. Siasport.az saytının məlumatına görə, Naxçıvan təmsilçisi Moskvanın "Dinı" komandasının qapıçısı Aleksey Popov ilə müqavilə imzalayıb. Qolkiper "Araz"da mövsümün sonunadək icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, futzal üzrə UEFA kuboku yarışlarının "Dördlər finalı" aprelin 24-26-da Bakıda keçiriləcək. Final mərhələsində "Araz" ilə yanaşı, "Barselona" (İspaniya), "Dinamo" (Rusiya) və "Kayrat" (Qazaxıstan) komandaları da birincilik uğrunda mübarizə aparacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB