"Real"ın baş məşqçisi Karlo Ançelotti, futbol üzrə İspaniya La Liqasındakı əzəli rəqiblərindən olan Madrid "Atletiko"dunun Çempionlar Liqasındakı şanslarını dəyərləndirib. Siasport.az saytı xəbər verir ki, bu barədə italiyalı futbol mütəxəssisi, "La Gazetta Dello Sport"a açıqlamasında deyib. İtaliyalı mütəxəssis Madrid klubunun ÇL-in 1/8 finalında "Milan"ı mübarizədən kənarlaşdıracağına inandığını deyib: "Milan"a uğurlar arzulayıram. Amma bu matçın favoriti, şübhəsiz ki, "Atletiko"dur. Çünki həm birinci matçda səfərdə 1:0 hesabı ilə qalib gəlib, həm də cavab qarşılaşmasını öz meydanında oyanayacaq. Əminəm ki, növbəti mərhələyə yüksələcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB