"Qarabağ" məşqlərə başladı

"Qarabağ" məşqlərə başladı

Premyer Liqanın XXIV turunda "Neftçi" üzərində qələbədən (4:1) sonra "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov futbolçulara istirahət vermişdi. Siasport.az saytının məlumatına görə, artıq "Qarabağ" növbəti turda qarşılaşacağı "Bakı" ilə oynunun hazırlıqlarına start verib.

Ağdam təmsilçisinin məşqi Suraxanı qəsəbə stadionunda baş tutub. Uzun müddətdir zədəli olan Admir Teli də artıq kollektivlə məşqlərdə iştirak edir.
Qeyd edək ki, "Qarabağ" - "Bakı" oyunu martın 9-da, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə