"Qarabağ"ın kapitanı Rəşad Sadıqov zədələnərək sıradan çıxıb. Siasport.az saytı xəbər verir ki, Stadium.az-ın əldə etdiyi məlumata görə, Rəşad 4 həftə komandasına kömək edə bilməyəcək. Müayinədən sonra klubun həkimi Rəşadın ən azı 3-4 həftə futbol oynamasının riskli olduğunu bildirib. Maraqlıdır ki, çempionluğun bir nömrəli favoriti olan komandanın həkimi əsas futbolçusunun zədəli olmasını bildirsə də, millinin həkimləri Rəşadın oynaya biləcəyini düşünür. Buna görə də, R.Sadıqov millimizin Filippinlə oyununda meydana çıxa bilər.
Qeyd edək ki, futbolçu oynasa belə, ancaq iynə vuruldudan sonra meydana çıxa bilər. Çünki hazırda onun dizində ciddi ağrılar var.
Məsələ ilə bağlı hazırda Dubayda millinin düşərgəsinsə olan R.Sadıqovla əlaqə saxladıq və o, həqiqətən zədəli olduğunu və 3-4 həftə oynaya biləcək durumda olmadığını təsdiqlədi. Bununla yanaşı, futbolçu sözlərinə dərman gücünə meydana çıxa biləcəyini də əlavə etdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB