Kavani PSJ-nin üzünü güldürdü

Kavani PSJ-nin üzünü güldürdü

Fransanın PSJ futbol klubunun futbolçusu Edinson Kavanin zədəsi tam sağalıb.Siasport.az saytı xəbər verir ki, hələ yanvar ayında "Bordo" ilə matçda zədələnən uruqvaylı hücumçu "Marsel"lə matçın heyətində yer alacaq. Bu barədə klubun baş məşqçisi Loren Blan açıqlamasında deyib: "Kavani artıq komanda ilə məşqlərə də başlayıb və bu gün hazırlıqda heç bir problem yaşamayıb. "Marsel"lə oyunun heyətində o da yer alacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə