"Xəzər Lənkəran"ın 10 illik yubileyi ilə əlaqədar İAM-dan daha bir layihə
İdman Araşdırmalar Mərkəzi (İAM) 10 illik yubileyini qeyd etməyə hazırlaşan "Xəzər Lənkəran" futbol klubu ilə daha bir layihəni həyata keçirəcək. Siasport.az saytının məlumatına görə, İAM klubun tarixi ərzində ən yaxşı yerli futbolçusunu, legionerini və simvolik komandasını seçəcək. Bu məqsədlə ölkəmizin aparıcı KİV-lərində çalışan idman jurnalistləri arasında sorğuya start verilib. Respondentlərə İAM-ın Ekspert və Qiymətləndirmə Qrupunun müəyyənləşdirdiyi 33 namizəd futbolçu arasından seçim aparmaları təklif olunur. Həmin oyunçulardan 3-ü qapıçı, hərəyə 12-si müdafiəçi və yarımmüdafiəçi, 6-sı isə hücumçudur. Həmkarlarımız bu siyahıdan ən yaxşı yerli və əcnəbi futbolçunu, eləcə də 1-4-4-2 taktiki sxeminə uyğun olan oyunçuları seçəcəklər.
Namizədlər aşağıdakılardır:
.jpg)
Qeyd edək ki, İAM "Xəzər Lənkəran"ın 10 illik yubileyi münasibətilə klubla birgə yazı müsabiqəsi də elan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB