Topaz Premyer Liqasının 24-cü turu Azərbaycanın ən titullu klubu "Neftçi"nin böyük hesablı məğlubiyyəti ilə əlamətdar olub. Paytaxt təmsilçisi öz meydanında "Qarabağ"a 1:4 hesabı ilə yenilib. Siasport.az saytının məlumatına görə, bu məğlubiyyət "ağ-qaralar"ın ölkə çempionatları tarixində 3 və ya daha çox top fərqilə uduzduğu 6-cı qarşılaşmadır.
1992-ci ildən ölkə çempionatının daimi iştirakçısı üçün bu dəfəki yenilgi fərqli olub.
Belə ki, əvvəlki 5 halda səfərdə azarkeşlərini üzən bakılılar ilk dəfə doğma meydanda ağır məğlubiyyət alıb.
Bundan başqa, indiyədək heç vaxt eyni mövsümdə iki dəfə böyük hesabla uduzmayan "Neftçi" bu dəfə belə uğursuzluq yaşadı. Cəmi 6 ay əvvəl "Bakı" həmşəhərlilərini 3 cavabsız qola üstələmişdi.
"Qarabağ" isə "Neftçi" üzərində 2 böyük hesablı qələbəsi olan 2-ci komanda kimi tarixdə düşdü. Bunadək yalnız paytaxtın eyniadlı təmsilçisi bunu bacarmışdı.
"Neftçi"nin Azərbaycan çempionlarındakı böyük hesablı məğlubiyyətləti
|
03.07.1992 |
Xəzər (Sumqayıt) - Neftçi (Bakı) |
3:0 |
|
20.10.2007 |
Bakı - Neftçi (Bakı) |
5:1 |
|
13.05.2011 |
Qarabağ (Ağdam) - Neftçi (Bakı) |
3:0 |
|
11.03.2012 |
Qəbələ - Neftçi (Bakı) |
4:1 |
|
31.08.2013 |
Bakı - Neftçi (Bakı) |
3:0 |
|
28.02.2014 |
Neftçi (Bakı) - Qarabağ (Ağdam) |
1:4 |
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB