Belarusun paytaxtı Minskdə Aleksandr Medvedin mükafatı uğrunda sərbəst və qadın güləşi üzrə böyüklər arasında 44-cü beynəlxalq Qran Pri turniri başa çatıb. Siasport.az saytının məlumatına görə, güləşçilərimiz turniri 1 gümüş və 1 bürünc medalla tamamlayıblar.
Turnirin ilk günündə 60 kq çəki dərəcəsində təmsilçimiz İrina Netreba finala qədər maneəsiz irəliləyib. Finalda yerli güləşçi Anastasiya Huçoka məğlub olan İrina gümüş medalla kifayətlənib.
İkinci yarış günündə mübarizəyə qoşulan Anjela Doroqan (53 kq) ardıcıl olaraq Rusiyadan iki güləşçini üstələsə də, yarımfinalda Belarus təmsilçisinə uduzub. Həlledici görüşdə Belarusun digər təmsilçisini məğlub edən güləşçimiz bürünc medala sahib olub.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB