AZAL-da yeni futbolçu

AZAL-ın düşərgəsinə daha bir fubolçu gəlib. Siasport.az saytının məlumatına görə, hələ qış fasiləsində baxışa dəvət olunan, ancaq sənədlə bağlı problemlər üzündən gəlişi yubanan Pinto Moreira Hardi nəhayət ölkəmizə təşrif buyurub.

Qeyd edək ki, Portuqaliya vətəndaşı olan hücumçu 1986-cı il təvəllüdlüdür. Onun son klubu Kiprin ikinci liqa təmsilçisi "Omonia Aradipou" olub. Pinto məşqçilər korpusu tərəfindən baxışdan keçirildikdən sonra onun haqda yekun qərar veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə