Xəbər verdiyimiz kimi, martın 4-dən 10-dək Bakıda "İpək yolu" beynəlxalq boks turniri keçiriləcək. Siasport.az saytının məlumatına görə, yarışda iştirak edəcək Qırğızıstan millisinin heyəti açılanıb. Turnirdə bu ölkəni 6 boksçu təmsil edəcək. Qırğızıstan millisinin heyətində Turat Osmanov (49 kq), Kanıbek Musayev (52 kq), Bektur Otoqanov (56 kq), Akjol Süleymanbek oğlu (60 kq), Adilet Ablaşimov (66 kq) və İlyas Akmataliyev (75 kq) yer alıblar.
Yığma komanda Bakıda məşqçilər Akjol Ajibekov və Valentin Danilinin rəhbərliyi altında mübarizə aparacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB