Budo döyüş növləri üzrə açıq Bakı birinciliyi keçiriləcək

Budo döyüş növləri üzrə açıq Bakı birinciliyi keçiriləcək

Martın 4-5-də Hövsan Olimpiya İdman Kompleksində uşaq və yeniyetmələr arasında budo döyüş növləri üzrə açıq Bakı birinciliyi keçiriləcək. Siasport.az saytının məlumatına görə, 3 yaş kateqoriyası üzrə keçiriləcək yarışda 230 idmançı budo döyüş növlərinin fri-kontakt, full-kontakt və semi-kontakt versiyaları üzrə mübarizə aparacaq.
Birinciliyin baş hakimi Əlimusa Balayev, baş katibi isə Ramil Məmmədov olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə