Azərbaycan çempionu "Rabitə" voleybol komandası 3 oyunçusu ilə müqavilə müddətini artırıb. Siasport.az saytının məlumatına görə, Çempionlar Liqası yarışlarının "Dördlər finalı"na ev sahibliyi edəcək "Rabitə" komandası tailandlı Nootsara Tomkom və polşalı Katarjina Skorupa ilə ikiillik müqavilə imzalayıb.
Dominikan voleybolçusu Brendo Kastilio isə daha bir il Bakı təmsilçisinin heyətində çıxış edəcək.
Çempionlar Liqası yarışlarının "Dördlər finalı" martın 15-16-da "Baku Crystal Hall"da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB