Topaz Premyer Liqasının XXIV turunda "Qəbələ"ni qonaq edəcək "Simurq" hazırlıqlarını tamamlayıb. Siasport.az saytının məlumatına görə, rəqiblərin 25-ci dueli ərəfəsində son məşqinə çıxan "Simurq" bir saatdan artıq çalışmaları davam etdirib. Hazırlığa zədəsini yeni sağaldan Usim Nduka da qoşulub. Təcrübəli müdafiəçi artıq komanda ilə məşqlərə başlayıb.
Üç oyunluq qələbə həsrətindən sonra son iki turda 4 xal toplayan "Simurq", "Qəbələ" ilə doğma arenada oynadığı son iki qarşılaşmada qapısandan bir qol belə buraxmayıb. Son dueldə isə "Qəbələ" son saniyələrdə vurduğu top sayəsində qalib gəlməyi bacarıb. Bu gün saat 15:00-da start götürəcək qarşılaşma "İdman Azərbaycan" kanalı və klubun rəsmi saytı vasitəsilə canlı yayımlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB