Ciddi itkilərlə matç öncəsi son məşq

Ciddi itkilərlə matç öncəsi son məşq

Bu gün öz meydanında Bakının "İnter" komandasını qəbul edəcək "Xəzər Lənkəran" hazırlığını tamamlayıb. Siasport.az saytının məlumatına görə, komanda Lənkərandakı bazasının ehtiyat meydançasında dünən matçöncəsi son məşqə ciddi itkilərlə çıxıb. Belə ki, Rahid Əmirquliyev və Rasim Ramaldanovla yanaşı, əsas heyətin digər daimi üzvləri olan Etame Mbilla və Adrian Skarlatakedə komanda ilə birgə məşqə qatıla bilməyib. Bir saat 20 dəqiqə davam edən hazırlıqda futbolçular taktiki planda müxtəlif çalışmalar yerinə yetiriblər.

Xatırladaq ki, XXIV turun "Xəzər Lənkəran" - "İnter" matçı bu gün saat 16:00-da start götürəcək. Matç "Xəzər Lənkəran" TV vasitəsilə canlı yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə