Sabah "Bakı" klubu Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində evdə "Sumqayıt"la qarşılaşacaq. Siasport.az saytının məlumatına görə, bu gün isə komanda klubun təlim-məşq bazasının yardımçı meydanında oyunöncəsi son məşqini keçirib.
Saat 11:20-də başlayan hazırlığa yüngül qaçış və isinmə hərəkətləri ilə start verilib. Əyləncəli əltopu oynayan futbolçular ardınca məşqin çox hissəsini "kvadrat"a ayırıblar. Qısa məsafələrə sürətli qaçış tapşırığını da icra edən komanda üzvləri sonda ikitərəfli oyun keçiriblər. Rəmzi olaraq "göylər" və "sarılar"ın mübarizəsi 2:2 hesabı ilə bitib.
Qeyd edək ki, dünənki məşqdə yenidən zədələnən Şəhriyar Əliyev hazırlıqda iştirak etməyib. Əksinə, müalicəsi yekunlaşan Cavid Hüseynov sıraya dönüb. Ayağında ağrılar olan Deyvidas Çesnauskis və Rauf Əliyev yüngül qaçış və dartınma hərəkətləri ilə kifayətlənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB