"Bavariya"nın futbolçusu "Qalatasaray" azarkeşi çıxdı...

"Bavariya"nın futbolçusu "Qalatasaray" azarkeşi çıxdı...

Sən demə, "Bavariya"nın futbolçusu David Alaba, "Qalatasaray" azarkeşi imiş. Siasport.az saytı xəbər verir ki, ulduz futbolçu UEFA Çempionlar Liqasının 1/8 finalında dünən baş tutan "Qalatasaray" - "Çelsi" matçını "Cim Bom"lu azarkeşlərlə birgə izləyib. Türkiyə mətbuatı yazır ki, İstanbul klubunun azarkeşi olan 21 yaşlı müdafiəçi Münhendə "Qalatasaray"lı fanatlarla görüşüb və "Cim Bom"u dəstəkləyib. Qeyd edək ki, "Qalatasaray" - "Çelsi" matçı 1:1 hesabı ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə