Taekvondoçularımız 25-ci Fəcr açıq çempionatında 3 medal qazanıblar
Azərbaycanın taekvondo üzrə kişilərdən ibarət yığma komandası fevralın 24-dən 26-dək Tehranda keçirilən 25-ci Fəcr açıq çempionatında (Fajr İnternational Open) uğurlu nəticə əldə edib. Siasport.az saytının məlumatına görə, baş məşqçi, Əməkdar Məşqçi Ələkbər İmaməliyev və böyük məşqçi Elnur Amanovun rəhbərliyi ilə İrana yollanan millimiz üç medal qazanıb. Olimpiya çəki dərəcələrində mübarizə aparan komandamızın heyətində Radik İsayev (80+ kq) qızıl, Fariz Əliyev (-68 kq) gümüş, Elvin Məmmədov (-68 kq) isə bürünc medala layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB