"Çelsi" "Qalatasaray"la bacarmadı, Ronaldo "Şalke"ni darmadağın etdi!
Dünən axşam UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Siasport.az saytı xəbər verir ki, dünən gecə keçirilən daha iki qarşılaşmada maraqlı nəticələr qeydə alınıb. İstanbulda London "Çelsi"si ilə qarşılaşan "Qalatasaray", nüfuzlu rəqibinə qələbə qazanmaq şansı verməyib. belə ki, qarşılaşmadan əvvəl əksər futbol mütəxəssisləri Joze Mourinyonun komandasını favorit göstərsələr də, "zadəganların" meydanda sərgilədiklıəri oyun bunun tam əksini sübut edib. Məhz "Qalatasaray"lı futbolçuların rəqibə həddən artıq yuxarıdan aşağı baxması nəticəsində Fernando Torres 9-cu dəqiqədə "Qalatasaray"ın qapısına qol tapa bilib. Lakin bütün qarşılaşma ərzində qonaqların sərgilədiyi qeyri-ciddi oyun, hər kəsdə İstanbul klubunun bu komandanı keçə biləcəyinə dair əminlik yaradıb. Şedjunun 65-ci dəqiqədə vurduğu qol, Burak Yılmazın ən azı iki real qol vəziyyətindən yararlanmaması, yuxarıdakı fikirləri tamamilə təsdiqləyir. Beləliklə, İstanbuldakıq arşılaşma 1:1 hesabı ilə başa çatdığından turun taleyi Londonda həll olunacaq. Digər bir qarşılaşmada isə, Madrid "Real"ı səfərdə Almaniyanın "Şalke" klubu ilə üz-üzə gəlib. Görüş qonaqların 6:1 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 18-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB