Malayziyada Beynəlxalq Velosipedçilər İttifaqının 2.HC kateqoriyalı "Tour of Langkawi" yarışı Azərbaycanın "Synergy Baku" komandası üçün uğurla başlayıb. Siasport.az saytının məlumatına görə, 101 kilometrdən ibarət ilk mərhələdə komandamızın irlandiyalı üzvü Metyu Bremmier 2 saat 21 dəqiqə 51 saniyə göstərici ilə finiş xəttini 2-ci keçib və fəxri kürsüdə yer alıb. O, həmçinin dağ mərhələsində hamıdan yaxşı nəticə göstərməklə qırmızı maykanı da əldə edib. İlk mərhələnin qalibi isə "Colombia" komandasının üzvü Duber Kointero olub.
"Synergy Baku"nun almaniyalı velosipedçisi Maykl Şvayzer, həmvətənlərimiz Elçin Əsədov, Tural İsgəndərov və avstraliyalı Patrik Leyn isə liderə 18 saniyə uduzmaqla finiş xəttini eyni anda keçiblər. Velosipedçilərimizin uğurlu çıxışı "Synergy Baku"nun komanda hesabında ikinci yerdə qərarlaşmasına şərait yaradıb.
Qeyd edək ki, 10 gün davam edəcək yürüşə martın 7-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB