Güləşçilərimiz Aleksandr Medvedin mükafatı uğrunda yarışacaqlar

Güləşçilərimiz Aleksandr Medvedin mükafatı uğrunda yarışacaqlar

1-2 mart 2014-cü il tarixində Belarusun paytaxtı Minskdə Aleksandr Medvedin mükafatı uğrunda sərbəst və qadın güləşi üzrə böyüklər arasında 44-cü beynəlxalq Qran Pri turniri keçiriləcək. Siasport.az saytının məlumatına görə, turnirdə ölkə yığma komandasının 3 qadın və 1 sərbəst güləşçisi iştirak edəcək.

Məşqçi Aslan Ağayevin başçılığı altında Minskə qadın güləşçilərdən Anjela Doroqan (53 kq), İrina Netreba (58 kq) və Nadya Sementsova (69 kq), sərbəst güləşçilərdən Məhəmməd Müslümov (65 kq) yollanacaq.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə