“İqtisadçı” daha bir voleybolçunu heyətindən kənarlaşdırdı

“İqtisadçı” daha bir voleybolçunu heyətindən kənarlaşdırdı

Bakının qadınlardan ibarət "İqtisadçı" komandası daha bir voleybolçunu heyətindən kənarlaşdırıb. Siasport.az saytının məlumatına görə, Azərbaycan Super Liqasının gümüş mükafatçısı Ma Yun Ve ilə müqaviləni qarşılıqlı şəkildə pozub. Asiyalı blokçu artıq komanda ilə vidalaşaraq vətəninə dönüb. Onun Azərbaycana gələnədək şərəfini qoruduğu "Şanxay"da oynaması gözlənilir.

Qeyd edək ki, Bakı təmsilçisi mövsümün gedişində Kiuyue Vey (Çin), Kim Vilouqbi və Ariel Uilsonla (hər ikisi ABŞ) da vidalaşmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə