Şağan Olimpiya İdman Kompleksində 2000-2001 təvəllüdlü cüdoçular arasında Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar 5-ci beynəlxalq turnir keçirilib. Siasport.az saytının məlumatına görə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Qırgızıstandan 400-ə yaxın idmançının qatıldığı turnirdə "Qəbələ" 27 komanda arasında birinci olub. "Sumqayıt" komandası ikinci, "Neftçi" kollektivi isə üçüncü pillədə qərarlaşıb.
Yarışda "Qəbələ"nin yeniyetmə idmançıları 2 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıblar. Aydın Feyzullayev (30 kq) və Əmrah Səlimli (38 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Rəhim Tahirov (30 kq), Nazir Talıbov (34 kq) və Asəf Zeynalov (38 kq) gümüş medala sahib olub. Bəndalı Bəndalıyev (30 kq), Nahid İsmayılov (34 kq), Məhərrəm Eyvazov (42 kq) və Vidadi İmanov (55 kq) bürünc medalla kifayətlənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB