“Mahir atıcı” turniri keçirilib

“Mahir atıcı” turniri keçirilib

Nizami rayon Gənclər və İdman Baş İdarəsi tərəfindən 220 saylı məktəb-liseydə 26 fevral – Xocalı Soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş "Mahir atıcı" devizli güllə atıcılığı üzrə rayon turniri keçirilib. Siasport.az saytının məlumatına görə, keçirilən turnirdə Xocalı Soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükütla yad edilib.

Tədbiri açıq elan edən Nizami rayon Gənclər və İdman İdarəsinin rəisi Elşən Mirzəyev Xocalının ildə bir dəfə deyil, il boyu anılmasının və dünya ictimaiyyətinin diqqətində saxlanılmasının vacibliyini vurğulayıb. O, tədbirin keçirilməsində məqsədin Azərbaycan xalqına qarşı erməni millətçiləri tərəfindən törədilmiş soyqırımı qurbanlarının xatirəsini yad etmək, ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində gəncləri hərbi vətənpərvərlik ruhunda tərbiyə etmək, onlarda hərbi vərdişlərin yaranmasını təmin etmək, gənclərin ordu sıralarında hərbi xidmət keçmə hazırlığının yüksəlməsinə kömək göstərmək, güllə atıcılığıidman növünü geniş təbliğ etməkdən ibarət olduğunu qeyd edib.

Yarışda 120 iştirakçı, 24 komanda iştirak edib. Yekun nəticələrə görə, I yerə 227 saylı tam orta məktəbin komandasi, II yerə "Zəngi" liseyinin komandası, III yerə isə 229 saylı tam orta məktəbin komandası layiq görülüb.

I, II və III yeri tutmuş komandalar Nizami rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok, medal və diplomlarla təltif ediliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə