Qadın voleybol komandaları arasında Çempionlar Liqası yarışlarının "Dördlər finalı"nda Azərbaycanı təmsil edəcək "Rabitə" heyətini gücləndirməkdə davam edir. Siasport.az saytının məlumatına görə, son illərin dəyişməz ölkə çempionu və hazırda Super Liqanın lideri kubalı Rozanna Giel Ramosun ardından bu ölkədən daha üç voleybolçunun keçidini rəsmiləşdirib. Bunlar Yoana Palasio Mendoza, Salas Vilma Rosell və Xiselye da Silva Frankodur. Komanda hər 3 perspektivli oyunçu ilə 5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, "Dördlər finalı" martın 15-16-da Bakıda keçiriləcək. Yarışda "Rabitə" ilə yanaşı, Rusiyanın "Dinamo" (Kazan), Türkiyənin "Vakıfbank" və "Eczaçıbaşı" komandaları birincilik uğrunda mübarizə aparacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB