Bu axşam UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq. Siasport.az saytı xəbər verir ki, gecənin ən maraqlı qarşılaşması İstanbulda baş tutacaq. Azərbaycanlı azarkeşlərin də böyük maraqla gözlədiyi oyunda yerli "Qalatasaray" "Çelsi"ni sınağa çəkəcək. Digər qarşılaşmada Madrid "Real"ı səfərdə Almaniyanın "Şalke" klubu ilə üz-üzə gələcək.
26 fevral
Çempionlar Liqası, 1/8 finalın ilk oyunları
23:45. "Qalatasaray" (Türkiyə) - "Çelsi" (İngiltərə)
23:45. "Şalke" (Almaniya) - "Real" (Madrid, İspaniya)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB