Yığma komandamız "Atletiko" ilə heç-heçə edib

Yığma komandamız "Atletiko" ilə heç-heçə edib

İspaniyada təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Siasport.az saytının məlumatına görə, "Atletiko" (Madrid) klubunun U-16 komandasına qarşı keçirilmiş oyun 1:1 hesabı ilə başa çatıb. Yığmamızın heyətində Bahadur Həziyev fərqlənib.

Xocalı qurbanlarının xatirəsinin yad olunması üçün oyundan əvvəl 1 dəqiqəlik sükut elan olunub və yığmamızın üzvləri meydana qara sarğı ilə çıxıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə