“Azəryol” “Fənərbaxça”ya məğlub olub

“Azəryol” “Fənərbaxça”ya məğlub olub

Bakının qadın voleybolçulardan ibarət "Azəryol" voleybol komandası Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının yarımfinal mərhələsi çərçivəsində ilk görüşünü keçirib. Siasport.az saytının məlumatına görə, Türkiyədəki Burhan Fələk İdman Salonunda keçirilən yarışda "Azəryol" yerli "Fənərbaxça" komandası ilə qarşılaşıb.

"Xocalıya ədalət" kampaniyası çərçivəsində faciənin 22-ci ildönümü ilə əlaqədar "Azəryol" klubunun təşəbbüsü, Azərbaycanın İstanbuldakı baş konsulluğunun təşkilatçılığı ilə voleybolçularımız meydançaya qara sarğı və "Xocalıya ədalət!" şüarı yazılmış plakatla çıxıblar. Bütün tamaşaçılar isə üzərində "Xocalıya ədalət" yazılmış köynəklər geyiniblər. Məqsəd bu dəhşətli faciəni dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırmaq olub.

Sonra Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Fransalı baş hakim Yanik Çaladanın idarə etdiyi görüş 3:0 hesabı ilə "Fənərbaxça"nın xeyrinə başa çatıb.
Komandalar arasında cavab görüşü bir həftə sonra Azərbaycan Voleybol Mərkəzində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə