Fevralın 27-də Malayziyada Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.HC kateqoriyalı "Langkawi" turu başlayacaq. Siasport.az saytının məlumatına görə, Azərbaycanın ilk peşəkar velosiped komandası "Synergy Baku"nun üzvləri Elçin Əsədov və Tural İsgəndərov da bu yürüşdə iştirak edəcəklər.
On mərhələdən ibarət yarışda iştirakçılar 1495 kilometr məsafə qət edəcəklər. E.Əsədov və T.İsgəndərovdan əlavə, bu yarışda "Synergy Baku"nun heyətində Daniel Klemme, Maykl Şvayzer, Patrik Leyn və Metyu Bremmier də mübarizə aparacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB