“Rəvan”ın futbolçusu qeyri-etik jest göstərdiyinə görə 3 oyunluq cəzalandı
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Siasport.az saytı iclasda qəbul olunmuş qərarları nəzərinizə çatdırır:
Topaz Premyer Liqasının XXIII turunun AZAL – "Xəzər Lənkəran" matçının 90+1-ci dəqiqəsində AZAL klubunun 3 №-li futbolçusu Aleksandr Şemonayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Oyunun 74-cü dəqiqəsində "Rəvan" klubunun 1 №-li futbolçusu Lukas Sapela qeyri-etik jest göstərdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 42.1).
Əvəzedici heyətlərin XXIII turunun "Sumqayıt" – "Neftçi" matçının 87-ci dəqiqəsində "Neftçi" klubunun 5 №-li futbolçusu Rahil Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
Azərbaycan I Divizionunun XVIII "Şahdağ" – "Mil-Muğan" matçında "Mil-Muğan" klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Azərbaycan I Divizionunun XVIII "Bakılı" – "Lokomotiv" matçının 82-ci dəqiqəsində "Lokomotiv" klubunun 17 №-li futbolçusu Salman Altuxanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Azərbaycan I Divizionunun XVIII "Qaradağ Lökbatan" – "Turan-T" matçının 90+4-cü dəqiqəsində "Qaradağ Lökbatan" klubunun 10 №-li futbolçusu Timur Dadaşov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur (maddə 38.3).
Azərbaycan I Divizionunun XVIII "Ağsu" – "Araz Naxçıvan" matçının 90+3-cü dəqiqəsində "Araz Naxçıvan" klubunun 4 №-li futbolçusu Fərman Qəmbərov komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 42.1).
Oyunun 90+2-ci dəqiqəsində meydançaya azarkeş daxil olduğu üçün meydan sahibi klub 500 manat cərimə olunur (maddə 50).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB