Millimizin məşqçisi rəqibin oyununu izləyəcək

Millimizin məşqçisi rəqibin oyununu izləyəcək

Martın 5-də Bolqarıstanın Sofiya şəhərindəki "Vasil Levski" adına stadionda futbol üzrə Bolqarıstan və Belarus milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. Siasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının baş məşqçisinin köməkçisi Aslam Kərimov qarşılaşmanı izləyəcək.

Qeyd edək ki, Bolqarıstan yığması millimizlə birgə Avro-2016-nın seçmə mərhələsinin H qrupunda mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə