Bu axşam Çempionlar Liqası həyəcanı başlayır

Bu axşam Çempionlar Liqası həyəcanı başlayır

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları davam edir. Siasport.az saytı xəbər verir ki, bu axşam daha iki qarşılaşma baş tutacaq. Günün ilk qarşılaşması Rusiyada keçiriləcək. Burada yerli "Zenit" və "Borussiya" (Dortmund) klubları üz-üzə gələcək. Qrup səddini aşan Yunanıstanın "Olimpiakos" klubu isə doğma meydanda "Mançester Yunayted"i sınağa çəkəcək. Bu oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Qeyd edək ki, 1/8 final mərhələsinin son iki oyunu sabah axşam keçiriləcək.

25 fevral

Çempionlar Liqası, 1/8 finalın ilk oyunları

21:00. "Zenit" (Rusiya) - "Borussiya" (Dortmund, Almaniya)

23:45. "Olimpiakos" (Yunanıstan) - "Mançester Yunayted" (İngiltərə)


26 fevral

23:45. "Qalatasaray" (Türkiyə) - "Çelsi" (İngiltərə)

23:45. "Şalke" (Almaniya) - "Real" (Madrid, İspaniya)

Bütün xəbərlər Facebook səhifəmizdə