Türkiyə millisinin baş məşqçisi Fatih Terim, Çempionlar Liqasının 1/8 finalında sabah başa tutacaq "Qalatasaray" - "Çelsi" matçını dəyərləndirib. Siasport.az saytı xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Türkiyə mediyasının yaydığı xəbərə görə, təcrübəli mütəxəssis deyib ki, keçmiş klubu "Çelsi" səddini aşa bilər: "Qalatasaray"a inanıram. Düzdür, rəqib çox güclüdür. Artıq onları Mourinyo çalışdırır. Ancaq ötən mövsüm "Real"la oyunu xatırlamalıyıq. O zaman onları öz evimizdə məğlub edə bilmişdik. Qəlbim "Qalatasaray"ladır. İnşallah növbəti tura keçib hamını sevindirərlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB