"Fənərbaxça" getdikcə çempionluq şansını itirir

"Fənərbaxça" getdikcə çempionluq şansını itirir

Futbol üzrə Türkiyə Superliqasında 22-ci tura yekun vurulub. Siasport.az saytı xəbər verir ki, turun son oyun günündə lider "Fənərbaxça" futbol klubu, səfərdə "Elazığspor"un qonağı olub. Bir çoxları bu qarşılaşmada İstanbul klubununa san qələbə qazanaraq lideriliyini daha da möhkəmləndirəcəyini düşünsə də, hər şey əksinə baş verib. Belə ki, meydan sahibləri güclü rəqiblərinə qarşı sərt şəkildə müqavimət göstərərək, "Fənərbaxça"nın qələbə qazanmasına mane olublar. Olduqca gərgin keçən oyun 1:1 hesabı ilə başa çatıb. Bununla da İstanbul klubu daha 2 xal itirərək, çempionluq yolunda ağır zərbə alıb. İndi lider "Fənərbaxça"nı ən yaxın izləyicisi olan "Qalatasaray"dan cəmi 4 xal fərq ayırır.

24 fevral

Türkiyə Superliqası, 22-ci tur

"Elazığspor" - "Fənərbaxça" - 1:1
Qollar:
Ayik, 45 (1:0), M.Topal, 83 (1:1)



23 fevral

"Kasımpaşa" - "Sivaspor" - 6:2
Qollar:
Skarione, 6 (1:0), Böyüksal, 27 (2:0), Babel, 36 (3:0), Tabare, 47 (4:0), Arslan, 51 (4:1), Torun, 66 (5:1), Aatif, 68 (5:2), Kastro, 90 (6:2)

"Gənclərbirliyi" - "Konyaspor" - 2:2
Qollar:
Hleb, 41 (0:1), Heyder, 45 (0:2), Stanku, 46 (1:2), 67 (2:2)

"Antalyaspor" - "Eskişehirspor" - 0:0

"Trabzonspor" - "Kayserispor" - 2:1
Qollar:
Mixailoviç, 39 (0:1), Mirzeyevski, 49 (1:1), Yanko, 58 (2:1)

22 fevral

"Qaziantepspor" - "Akhisar Bələdiyyəspor" - 1:1
Qollar:
Demirok, 59 (0:1), Tosun, 78 (1:1)

"Erciyesspor" - "Karabükspor" - 2:1
Qollar:
M.Yıldırım, 67 (1:0), Öztekin, 71 (2:0), Akça, 76 (2:1)

"Qalatasaray" - "Beşiktaş" - 1:0
Qol:
S.İnan, 38-pen (1:0)

21 fevral

"Bursaspor" - "Rizespor" - 2:0
Qollar:
Fernando, 24 (1:0), Oboabona, 67-avtoqol (2:0)




S Komandalar O Q H M Xal
1. Fənərbaxça 22 15 3 4 48
2. Qalatasaray 22 12 8 2 44
3. Beşiktaş 22 12 6 4 42
4. Sivasspor 22 11 3 8 36
5. Karabükspor 22 9 7 6 34
6. Kasəmpaşa 22 9 6 7 33
7. Trabzonspor 22 9 6 7 33
8. Eskişehirspor 22 9 5 8 32
9. Akhisar Bələdiyyəspor 22 9 5 8 32
10. Bursaspor 22 8 7 7 31
11. Konyaspor 22 8 3 11 27
12. Qaziantepspor 22 7 5 10 26
13. Gənclərbirliyi 22 7 4 11 25
14. Antalyaspor 22 5 9 8 24
15. Elazığspor 22 7 2 13 23
16. Rizespor 22 5 6 11 21
17. Erciyesspor 22 5 4 13 19
18. Kayserispor 22 3 7 12 16

Bütün xəbərlər Facebook səhifəmizdə