Taekvondoçularımız VI “Bahrain Open” beynəlxalq turnirində mübarizə aparacaqlar

Taekvondoçularımız VI “Bahrain Open” beynəlxalq turnirində mübarizə aparacaqlar

Fevralın 27-dən martın 1-dək Bəhreyn Krallığının paytaxtı Manamada taekvondo üzrə VI "Bahrain Open" beynəlxalq turniri keçiriləcək. Siasport.az saytının məlumatına görə, 18 ölkədən 350 taekvondoçunun qatılacağı yarışda millimiz 13 idmançı ilə təmsil olunacaq.

Turnirdə millimizin heyətində Ayxan Tağızadə (63 kq), İlkin Şahbazov (74 kq), Anastasiya Kan (46 kq), Patimat Abakarova, Aygül Abdullayeva (hər ikisi 49 kq), Səbinə Mikayılova, Hülya Oveyoğulları (hər ikisi 53 kq), Günay Ağakişiyeva (57 kq), Daria Qorbaçeva, İnci Zeynep Sönmez (hər ikisi 62 kq), Fəridə Əzizova (67 kq), Büsra Ayva (73 kg) və Marina Tedeeva (hər ikisi 73 kq) birincilik uğrunda mübarizə aparacaqlar.
Milli komandamızın üzvləri martın 3-də Vətənə dönəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə