Bakıda UEFA-nın seminarı başlayıb

Bakıda UEFA-nın seminarı başlayıb

Bakıda UEFA-nın "Rəqəmsal texnologiyalar və futbolda ünsiyyətin idarə olunması" mövzusunda seminarı başlayıb. Siasport.az saytının məlumatına görə, UEFA-nın marketinq meneceri Noel Mooney və "Seven league" şirkətinin baş direktoru Richard Ayersin rəhbərliyi ilə keçirilən seminarda AFFA-nın informasiya texnologiyaları, marketinq və reklamlar, informasiya və ictimaiyyətlə əlaqələr departamentlərinin əməkdaşları iştirak edib. Məşğələlərdə AFFA-nın rəqəmsal texnologiyalar sahəsində hədəf və strategiyası, sosial şəbəkələrdə fəaliyyət, assosiasiyanın saytının təhlili və digər mövzularda səmərəli müzakirələr aparılıb, praktiki tapşırıqlar həll olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə