“Azəri” güləş klubu “Gənc Olimpiyaçılar” kuboku yarışlarının qalibi olub
Tofiq Bəhramov adına Respublika stadionunun güləş zalında sərbəst və yunan-Roma güləşi üzrə azyaşlı yeniyetmələr (2000-2001-ci il təvəllüdlü) arasında "Gənc Olimpiyaçılar" Kuboku yarışları start götürüb. Siasport.az saytının məlumatına görə, yarış Azərbaycan Güləş Federasiyasının 1 saylı nümayəndəliyinin tərkibində fəaliyyət göstərən güləş klublarında sərbəst və yunan-Roma güləşi üzrə perspektivli idmançıların aşkarlanması, klub məşqçilərinin işinin qiymətləndirilməsi məqsədi daşıyır.
Proqrama əsasən, fevralın 24-də sərbəst güləş yarışları keçirilib. Yarışda 6 komanda iki yarımqrupda mübarizə aparıb. Yarımqrupda birinci yeri tutan komandalar finalda qarşılaşıb, müvafiq olaraq ikinci yeri tutmuş komandalar 3-4-cü yer, yarımqrupun üçüncüləri isə 5-6-cı yerlər uğrunda yarışıblar.
| A yarımqrupu | Nəticə | Yekun | ||||||
|
Müşviqabad GK - Həyat GK Müşviqabad GK - X.Cəfərov GK Həyat GK - X.Cəfərov GK |
5-4 6-4 2-6 |
1. Müşviqabad GK 2. X.Cəfərov GK 3. Həyat GK |
Final Müşviqabad GK - Azəri GK 3-4-cü yer uğrunda X.Cəfərov GK - Xəzri GK 5-6-cı yer uğrunda Həyat GK - Nardaran GK |
0-10 2-8 3-6 |
1. Azəri GK 2. Müşviqabad GK 3. Xəzri GK 4. X.Cəfərov GK 5. Nardaran GK 6. Həyat GK |
|||
| B yarımqrupu | ||||||||
|
Nardaran GK - Azəri GK Nardaran GK - Xəzri GK Azəri GK - Xəzri GK |
0-10 1-9 7-3 |
1. Azəri GK 2. Xəzri GK 3. Nardaran GK |
Sərbəst güləş yarışlarında yarımqruplarda keçirilən görüşlərin nəticələrinə əsasən, 5-6-cı yer uğrunda "Həyat" güləş klubu (GK) və "Naradaran" GK, 3-4-cü yer uğrunda "X.Cəfərov" GK və "Xəzri" GK, finalda isə "Müşviqabad" GK və "Azəri" GK qarşılaşıb. Yekunda sərbəst güləş üzrə "Gənc Olimpiyaçılar" Kuboku yarışlarının qalibi "Azəri" GK olub. Müşviqabad GK ikinci, Xəzri GK isə üçüncü yeri tutub.
Yarışda ilk üç yeri tutmuş komandalar Azərbaycan Güləş Federasiyası tərəfindən diplom, kubok və hədiyyələrlə mükafatlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB